Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi – SƏRƏNCAM

Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H. Abutalıbov bu gün baş nazirin müavini təyin edilib.

Bundan əlavə, Prezident İlham Əliyev İnam Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən, Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  sərəncam imzalayıb.

Qeyd edək ki, İnam Kərimov bu gün kənd təsərrüfatı naziri, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …