Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Hacı Şahin: “İran dövləti məsuliyyət daşıyır”

Hacı Şahin: “İran dövləti məsuliyyət daşıyır”

“İran dövləti məsuliyyət daşıyır”.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumunu şərh edərkən deyib.

O xatırladıb ki, xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır:

“Yəni igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Həmçinin oxuyun

“Erməni əsgərləri İsrail silahları ilə öldürülüb…” – İran səfiri yenə ermənilik etdi

“İrəvandakı bəzi Avropa səfirlikləri öz “Tvitter” səhifələrində erməni və fars dillərində İranın İsrailə hüquqi cavabı …