Bazar ertəsi , May 27 2019
Ana səhifə / Siyasət / Hacı Madərin biznesi və mandatı üçün “əcəl zəngi” – İLGİNC FAKTLAR

Hacı Madərin biznesi və mandatı üçün “əcəl zəngi” – İLGİNC FAKTLAR

Biznesmen deputat Hacı Madər Musayevin yenidən namizəd olmasına etirazlar var

Azinforum.az xəbər verir ki, TİA.AZ-a daxil olan xəbərə görə, Hacı Madərin millət vəkili kimi seçicilərini qane etmədiyi və yalnız mandatdan biznesinin toxunulmazlığını qoruması üçün istifadə etdiyi deyilir. Bu seçkilərdə də öz biznesini inkişaf etdirmək üçün deputatlığa namizəd olması hacı Madərin seçiciləri tərəfindən narazılıqla qarşılanıb. Onlar məntəqələrə gedərkən bu namizədə səs verməyəcəklərini söyləyirlər. 10 saylı Binəqədi dairəsinin sakinləri də artıq Madər Musayevin 20 illik deputat fəaliyyətindən beziblər. Bunu seçicilərin açıqlamalarından da görmək olar. Afət Bağırova yenicag.az-a hazırkı deputatlarına inanmadığını deyib: “Madər Musayev eşitdiyimə görə bizim deputatdır. Amma bu illər ərzində onun bir deputat olaraq fəaliyyətini görmədim. Ona görə də ona inanmıram”.

Ağamir Bünyadlı da M. Musayevin deputat fəaliyyətindən narazıdır: “Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb. Yəqin ki, bilirsiniz “dairəmizdə yerləşən “Favorit” marketlər mərkəzi ona məxsusdur. Halbuki deputat olması ilə bağlı olaraq biznesindən imtina etməli idi, amma görünür, etməyib. İndiyə kimi ona səs verməmişəm, yenə də versə səs verməyəcəm”. Qüdrət Süleymanov isə M. Musayevə növbəti dəfə namizəd olmamağı məsləhət gördü: “Əslində onun fəaliyyətilə o qədər də maraqlanmamışam. Amma aktiv deputat olsaydı, yəqin ki, seçici olaraq bizlər də onun mandat aldığı ərazidə gördüyü işləri görə bilərdik. Amma görməmişik, deməli, o da mandatdan ancaq öz şəxsi maraqları xatirinə istifadə edib. Bir də ki, 20 il ərzində deputat olan şəxsdən nə gözləmək olar ki? Yaxşısı budur bu dəfə namizədliyini verməsin”.

10 saylı Binaqədi 3-cü seçki dairəsinin deputatı Madər Musayev 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Eyni dairədən 5 dəfə təkrar seçilən yeganə deputatdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. TİA.AZ-ın xəbərinə görə, onun 1 noyabrda formalaşacaq parlamentə buraxılmayacağı da gözləniləndir. Bildirilir ki, biznesmen-deputat da karyerasının üzərini “qara bulud”ların almasından xəbərdardır. Ona görə də bu il mandat almaq üçün müxtəlif varianlara əl atıb. Amma onun bu cəhdlərinin fayda verməyəcəyi qeyd olunur. Siyasətə biznesdən gəlmiş Madər Musayevin isə bundan itkisi yalnız deputatlıq toxunulmazlığının əldən çıxması ola bilər.

Onun Binəqədidə bir sıra biznes sahələrinə sahib olduğu söylənilir. Bu baxımdan böyük bir marketlər şəbəkəsinin məhz deputata bağlı olduğu da iddialar sırasında yer alıb. Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur. Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Onun nə qədər böyük imkanlara malik olduğunu çox adam bilir. Beş dəfə deputat seçilməsini də böyük imkanlara malik olması ilə əlaqələndirirlər. Deyilənə görə, özünü “Kurtlar Vadisi” serialındakı “Karahanlı”ya oxşadır.
Məlumatda o da göstərilir ki, M.Musayevin Binəqədi rayonunda – 9-cu mikrorayonda ikimərtəbəli bir ofisi də var

Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından mətbuata şikayət ediblər. Belə ki, həmin ərazini Cavid Babayev adlı şəxs hasarlayıb və orada 2 fərdi yaşayış evi tikmək istəyir. Məlumata görə, adıçəkilən ünvandakı hasarlanan ərazidə tikiləcək olan iki yaşayış binası deputat Hacı Madər Musayevin bacısı oğlu Emin adlı şəxslə bağlıdır. Amma bunu gizlətmək üçün sənədlər Cavid Babayev adlı şəxsin adına düzəldilib. Hacı Madər hələ uzun illər öncədən keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevlə şərik olub. Məlumatda bildirilir ki, H.Babayev hələ Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri olduğu vaxtdan Hacı Madərlə çox isti münasibətləri yaranıb. Daha sonra onlar şərikli biznes qurublar. İndi onların ortaq biznes sturukturları da, Hacının fərdi biznes quruluşları da total yoxlamalara məruz qalıb.

Hacı Madər “Modern.az”a geniş müsahibəsində qeyd edib ki, deputatlıqdan həzz alır: “Hər insan bu həyatda bir işlə məşğul olmalıdır. Kim işə gedəndə deyir ki, mən yoruldum, daha işə getməyəcəm?.. Jurnalistlər var ki, 60-70 yaşa çatıb, hələ də işinin başındadır. Bir söz deyim sizə. Deputat olmağımdan ləzzət alıram. Təbii ki, son söz seçicilərimindir. Onlar seçki günü öz seçimlərini edəcək. Onun deputatlıqdan ləzzət almasını deməsi yuxarıda bəzi dairələr tərəfindən bəyənilməyib.

Həmçinin oxuyun

Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan …

Bir cavab yazın