Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Hacı İbrahim nazirliyi məhkəməyə verdi

Hacı İbrahim nazirliyi məhkəməyə verdi

“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.

Azinforum.az xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli isə şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın