Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Hacı İbrahim naziri şantaj edir, yoxsa ? – “…danışa bilərəm”

Hacı İbrahim naziri şantaj edir, yoxsa ? – “…danışa bilərəm”

“Biz lazımi qanuni sənədləri xeyli öncə – vaxtında nazirliyə vermişik. Sonuncu dəfə isə 6 ay əvvəl təqdim etmişik. Bizə deyirlər ki, guya bir ildir komitə toplanmır. Ancaq bunlar həqiqət deyil”.
Bu sözləri “Bakı Xəbər”ə “Xəzər adaları” layihəsi həyata keçirən iş adamı Hacı İbrahim Nehrəmli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) açıqlamasına münasibət bildirərkən deyib.

O, daha sonra bildirib: “Məni məcbur etməsinlər bəzi şeyləri açıqlayım. Necə olur ki, Qaradağda təpələrin dənizə adalar tikintisi üçün daşınmasına icazə sənədinə imza atırlar, birdən-birə nə oldu ki, şəhərciyin ekoloji mühitlə bağlı sənədlərini imzalamırlar? Belə getsə, cənab Prezident İlham Əliyevə müraciət edəcəyəm və bəzi üzləşdiyim məsələləri ona açıqlayaraq möhtərəm Prezidentdən kömək istəyəcəyəm. Ekologiya Nazirliyində oturanlar yaxşı bilir ki, mən nədən danışıram və danışa bilərəm”.

1442049711_huseynquluQeyd edək ki, ETSN bildirib ki, tikintinin layihəsi vaxtında nazirliyə təqdim olunmayıb və bu səbəbdən də qurum rəy verməkdən imtina edib: “Burada əsas amil odur ki, bu şirkət tikinti işlərinə başlamazdan əvvəl müvafiq sənədləri, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini, mövcud qanunvericiliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmalı idi. Lakin bu sənəd işlərə başlandıqdan xeyli sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdu. Həmçinin ilkin vəziyyət öyrənilməmişdi, o cümlədən ətraf mühitə hansı təsirlər olacaqdı, dənizin ilkin vəziyyəti, tikinti ilə əlaqədar dənizin akvatoriyasına dəyəcək təsirlər, ziyan öyrənilməmişdi. Bütün bunları əvvəlcədən öyrənmədən və razılaşdırmadan işə başladıqlarına görə də biz ekoloji rəy verməkdən imtina etmişik”.

moderator.az

Həmçinin oxuyun

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında …

Bir cavab yazın