Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Hacı İbrahim həbsin astanasında – İDDİA

Hacı İbrahim həbsin astanasında – İDDİA

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin durumu get-gedə gərginləşir

10may.az saytına daxil olan məlumata görə bir günlük həbsə salınmış Hacı İbrahimə o zaman vaxt verilmişdi ki, Beynəlxalq Bankdan götürdüyü kreditləri qaytarsın.

Qoyulan vaxt isə artıq başa çatmaq üzrədir. Amma biznesmen hələ də kreditləri qaytarmayıb. Bir neçə dəfə ölkəni tərk etməyə çalışan Hacı İbrahim buna nail ola bilməyib. Xəbərdə bu da bildirilir ki, biznesmen kreditin qarşılığında “Khazar Islands” (“Xəzər adaları”) şəhərciyindən imtina etməyə hazır olduğunu da təklif edib. Amma bu təklif qəbul olunmayıb və bildirilib ki, bu şəhərciyin perespektivinə inam yoxdur.

Buna görə də Hacı İbrahim Nehrəmli çıxılmaz duruma düşüb. Bildirilir ki, Hacı İbrahim krediti qaytarmaq üçün nəzarətində olan daşınan və daşınmaz əmlakı da satsa bu krediti sona qədər ödəyə bilməyəcək. Ona ayrılan zamanın başa çatmasına isə artıq bir neçə ay qalıb.

Həmçinin oxuyun

Fransa XİN: “DQR” rejiminin tanınması heç kimə fayda verməyəcək”

Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini …

Bir cavab yazın