Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hacı İbrahim `Azərcell`ə də borclu imiş – AÇIQLAMA

Hacı İbrahim `Azərcell`ə də borclu imiş – AÇIQLAMA

Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Saxlanılanlar sırasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin də olduğu deyilir.

 

Beynəlxalq Bankdan götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının ciddi maliyyə böhranı ilə üzləşdiyi bildirilir.

Şirkətdən adının açıqlanmasını istəməyən şəxsin AzVision.az-a verdiyi məlumata görə, konsern böyük maliyyə problemi ilə üzləşib. Bu səbəbdən işçilərin maaşlarında son aylar gecikmələr olub. Hətta holdinqdə ciddi ixtisarların aparılacağı haqda işçilərə xəbərdarlıq da edilib.

Mənbə şirkətin “Azərcell” mobil operatoruna da borclu olduğu vurğulayıb. Bildirib ki, “Azərcell”in şirkətdaxili abunə tarifləri ödənilmədiyindən işçilər üçün nəzərdə tutulan mobil telefonların xətti bağlanıb.

“Bir aydır ki, şirkət “Azərcell”ə olan borclarını ödəyə bilmir. Ona görə, həmin operatorun danışq tariflərindən istifadə edə bilmirik”,-deyə mənbə qeyd edib.

Xatırladaq ki, ötən gün mətbuatda yer alan məlumatalara görə “Avesta” holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilib. Onun məlum maliyyə fırıldaqçılığına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyi bildirilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın