Cümə , Sentyabr 25 2020
Ana səhifə / Siyasət / “Həyatım boyu Ramiz Mehdiyevlə görüşüm olmayıb, Əli Həsənovla isə…” – Frenk Elkaponi

“Həyatım boyu Ramiz Mehdiyevlə görüşüm olmayıb, Əli Həsənovla isə…” – Frenk Elkaponi

“İki gün öncə saytlarda gedən “Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxş etdiyi mülklər-siyahı” başlıqlı yazının içərisində “Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm həştərxana, həmdə Moskovaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar” kimi qeyri müəyyən fikirlər yer almışdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu iş adamı Füzuli Məmmədov deyib.

O, bildirib ki, dostlarının araşdırmsına görə yazı müəllifi, burada söhbətin ondan getmədiyini vurğulayıb. “Lakin iki gündür Azərbaycandan və dünyanın müxtəlif bölgələrindən yüzlərlə mesaj alıram. Məni sevən, hörmət edən dostlar, tanışlar, diaspor təmsilçiləri mətndə gedən “Alkaponi” isminin mənimlə nə qədər əlaqəsi olduğunu və belə bir çirkabın içərisində olub-olmadığımı öyrənmək istəyirlər.

Qətiyyətlə bildirirəm ki, həyatım boyu Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə (ismini ilk dəfə duyduğum) heç bir görüşüm olmayıb. Əli Həsənovla isə cəmi iki dəfə Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısında (Amsterdam, Brussel şəhərində) Azərbaycandan toplantıya gələn qonaqlarla birlikdə olduğu üçün digər diaspor nümayəndələri ilə qısa salam və sağolumuz olub. Bundan sonra Bakıda olduğum müddətdə isə cəmi bir dəfə Əli Həsənovun istəyi üzərinə görüşümüz olub. Görüşün məqsədi ölkə prezidenti cənab İlham Əliyevin mənə olan yüksək hörmətini, mənə yaxın dost olduğunu, mənə güvəndiyini və diaspor fəliyyətimizə yüksək qiymət verdiyini çatdırmaq olub”.

O vurğulayıb ki, 1980-ci illərin axırlarından başlayaraq diaspor fəaliyyətində yaxından iştirak edir: “İş adamı kimi qazancımın müəyyən hissəsini Rusiya və Azərbaycan başda olmaqla bütün dünyada yaşayan soydaşlarımın kiçik problemlərinin həllinə ayırıram. Azərbaycanda rüşvətə, korrupsiyaya bulaşmış, uzun illər dövlətimizə xəyanət etmiş şəxslərlə adımın bir yerdə   hallanması əsla yolverilməzdir. 

Mənim isə dövlətim və xalqım üçün xidmətlərimin ən böyük şahidi ilk öncə hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Mən xalqıma, dövlətimə bağlı bir vətənpərvər şəxs kimi Azərbaycanı bütün varlığımla sevirəm. Uzun illər yarımçıq və cahil zehniyyətə malik ünsürlər tərəfindən dostluğumuzu pozmaq cəhdləri olsa da, şükür Allaha, biz alnıaçıq, şərəfimizlə dostluğumuzu qoruduq saxladıq. 

Ölkə prezidenti cənab İlham Əliyevi özümə ən yaxın dost bilmişəm və bu gün də bilirəm. Son illər ölkəmizdə aparılan  ardıcıl islahatlar xaricdə yaşayan, qəlbi vətən üçün döyünən azərbaycanlı kimi mənim də ürəyimcədir. Kimliyindən asılı olmayaraq ölkəmizdə aparılan islahatlara hər cür dəstək verməlidir. Uzun illər dövlət qrumlarında yüksək vəzifələri ələ keçirərək, xalqımızı əzən, dövlətimizin inkişafını əngəlləyən, onun imicinə xələl gətirən karupsaner məmurlar ədalət məhkəməsi qarşısına çıxarılmalı və laiqli cəzalarını almalıdırlar. 

Doğrudur hazırda onların müəyyən bir qismi cəzalansa da, bu gün dövlət qurumlarında təmsil olunan korrupsiyyaya bulaşmış, Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə  böyük zərbələr vuran antimilli ünsürlər təəssüf ki, hələdə yüksək dövlət postlarında qalmaqdadırlar… 

Bilməliyik ki, Azərbaycan adlı vətənimiz naminə bir yumuruq kimi birləşməsək, xalqımızla və prezidentimizlə birlikdə olmasaq, bizi heç də xoş günlər gözləmir. Uca Allah bu yolda xalqımızın və dövlətimizin yardımçısı olsun”.

Həmçinin oxuyun

“Rusiya sıradan bir ölkə deyil” – Deputat

Diplomatiyada yeni seçilən və yaxud təyin edilən şəxsin ilk səfərini hansı ölkəyə edəcəyi böyük əhəmiyyət …