Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Həyat yoldaşı: “Rafiq Hüseynovun səhhətində irəliləyiş yoxdur”

Həyat yoldaşı: “Rafiq Hüseynovun səhhətində irəliləyiş yoxdur”

“Rafiq Hüseynovun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur”. Bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: “Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir”.

Həyat yoldaşı əlavə edib ki, diktorun nitqində də problem yaranıb: “Danışmağa halı yoxdur, sanki yuxudadır. Mən söhbət etmək istəyirəm, amma o elə öz dediyini deyir. Xəstəxanada qalmaq istəmir, darıxır. Yemək də yemir. Avqustun 30-dan kateterlə qidalanır. Eyni zamanda oksigen maskasından da istifadə olunur”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın