Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / Həsən Həsənovun kitabının təqdimat mərasimi olub – VİDEO

Həsən Həsənovun kitabının təqdimat mərasimi olub – VİDEO

Moskvada, M.İ.Rudimino adına Ümumrusiya Dövlət Kitabxanasının Oval zalında Azərbaycanın keçmiş xarici işlər naziri və keçmiş baş naziri, Polşadakı hazırkı səfir Həsən Həsənov publika qarşısına çıxıb. Həsən Həsənovun “Aleksandr Makedonski və Atropat” adlı kitabının təqdimat mərasimi olub.

78 yaşlı, amma kifayət qədər gümrah görünən Həsən Həsənovun müəllifi olduğu kitabda qədim azərbaycan dövləti Atropatenanın eramızdan əvvəl IV əsrdə deyil, Assiriya imperiyasının dağıldığı 612-ci ildə, yəni eramızdan əvvəl VII əsrdə yaranmasından bəhs olunur.

“Hazırda dünya tarixində belə konsepsiya mövcuddur ki, azərbaycan dövləti eramızdan əvvəl 321-ci ildə, Aleksandr Makedonskinin imperiyasının dağılması nəticəsində meydana çıxıb. Bu haqda Strabon bəhs edib, Strabonun dedikləri isə avtoritet olaraq qəbul edilir, yəni əksər tarixçilərdə şübhə yeri qoymur. Mənim apardığım araşdırmalar belə nəticəyə gəlməyə imkan verdi ki, Strabonun düz dediyini dəqiqləşdirim. Amma bir şərtlə-eramızdan əvvəl 321-ci ildə Atropatena dövlət kimi yeni meydana çıxmayıb, yenidən yaranıb. Yəni o vaxta qədər meydana çıxan ikinci azərbaycan dövləti olub”-Həsən Həsənov bildirib.

Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etməyib, ancaq səfirliyin müşaviri Vüqar İmaməliyev onun adından təbriklərini Həsən Həsənova çatdırıb. Tədbirdə ictimaiyyət və elm xadimləri, tələbələr də iştirak edib.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində Həsən Həsənov Azərbaycanda siyasi hakimiyyətə əsas iddiaçılardan biri idi. Lakin sonradan öz ambisiyalarından geri çəkildi və prezident Heydər Əliyevin kabinetinin tərkibinə daxil oldu. (Virtualaz.org)

Həmçinin oxuyun

İSGƏNDƏR HƏMİDOV HƏBS OLUNA BİLƏR -“Bandotdel” sabiq nazirin tərəfdarlarını saxlayıb; pul aldıqları etiraf olundu…

Mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq daxili İşlər naziri İsgəndər Həmidovu ölkəyə dönəcəyi …