Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / “Hərbi xidmətə hazıram!” adlı konsert proqramı təşkil edilib –Nərimanovda

“Hərbi xidmətə hazıram!” adlı konsert proqramı təşkil edilib –Nərimanovda

27 oktyabr 2016-cı il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar “Hərbi xidmətə hazıram” adlı konsert proqramı təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin şöbə müdiri Ceyhun Əsədov, “Odlar Yurdu” Universitetin müəllim heyəti, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, rayonun fəal gəncləri və məktəbliləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olunub. Azərbaycan gəncliyi inkişaf edir. Hər sahədə gənclərimiz nailiyyətlər əldə edir. Azərbaycan gənclərinin səs-sorağı başqa xarici ölkələrdən gəlir. Təhsil sahəsində, idman sahəsində və sair sahələrdə gənclərimiz özünü doğruldur. Vurğulamışlar ki, gənclər Ali Baş Komandanın əmri ilə zəbt olunmuş torpaqlarımızın azad olunması üçün döyüşlərə hər an hazır olmadırlar.
Tədbirin bədii hissəsində incəsənət ustaları və “Odlar Yurdu” Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın