Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Hərbi güclə deyil, “beşinci kolon”la seçkiyə müdaxilə etmək istəyirlər” – MSK sədrindən şok açıqlama

“Hərbi güclə deyil, “beşinci kolon”la seçkiyə müdaxilə etmək istəyirlər” – MSK sədrindən şok açıqlama

“Müəyyən qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.

MSK sədrinin sözlərinə görə, bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox “beşinci kolon” və seçki prosesinin tənqid edilməsindən istifadə edilir: “Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq”.
MSK sədri deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərə də çağırış edib: “Xaricdə təhsil alan azərbaycanlı gənclər də ayıq-sayıq olmalıdırlar. Ölkənin gələcəyi və suverenliyi yeni nəsilin necə formalaşmasından asılıdır. Xarici qüvvələr tez-tez xalqların tarixində yaranan çətin dövrlərdən istifadə edir, gənc nəslə təsir göstərməyə çalışır və ölkənin daxili işlərinə qarışmağa cəhdlər edirlər”.(azvision.az)

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın