Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / Hərbi ekspert: “Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağlayıb”

Hərbi ekspert: “Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağlayıb”

“Azərbaycanın Rusiya hərbi təyyarələri üçün hava məkanını bağlaması ilə bağlı rəsmi məlumat paylaşılmasa da, hesab edirəm ki, doğru iddiadır, belə də olmalı idi. Rusiyanın son davranışları onun ən çətin günlərində yanında olan, dəstəyini göstərən qardaş Türkiyənin hava məkanını bağlaması ilə nəticələndisə, niyə Azərbaycan da bu addımı atmasın?! Biz axı hər zaman deyirik ki, harda Türkiyə varsa, orada Azərbaycan da var. Ümumiyyətlə, Rusiyanın son hərəkətləri əndazəni aşır. Hesab edirəm ki, Azərbaycan bəzi addımlarına çoxdan korrektə etməli idi”.

Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov qeyd edib ki, Azərbaycan bir sıra məsələlərdə özünü odun, alovun qabağına verməməlidir: “Rusiya əleyhinə tətbiq edilən sanksiyalara baxmayaraq, onlar müttəfiqləri və dostları olduğuna görə özlərini rahat hiss edirlər. Lakin unutmaq olmaz ki, belə olan halda, Azərbaycan özü də lazımsız sanksiyaların təsiri altına düşə bilər. Rəsmi məlumat olmasa da, təxmin edirəm ki, Azərbaycan da Rusiya hərbi təyyarələri üçün hava məkanını bağlayıb. Türkiyədən sonra Azərbaycanın da belə addım atması gözlənilən idi. Sadəcə olaraq, səs-küy olmaması üçün həmin qərar bəyan edilmir. Şəxsən bir Azərbaycan vətəndaşı olaraq Rusiyanın qeyri-səmimi davranışından dolayı onların hərbi təyyarələri üçün hava məkanının bağlanmasını məqbul və vacib hesab edirəm”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …