Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinin icrası Zaur Hümbətova tapşırıldı

Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinin icrası Zaur Hümbətova tapşırıldı

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinin icrası I dərəcəli kapitan Hümbətov Zaur Cəlal oğluna tapşırılıb.

Bu barədə “Report” hərbi mənbələrə istinadən xəbər yayıb.

*   *   *17:14

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın