Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / “Hər kəsi Ordumuzun, Dövlətimizin, Ali Baş Komandanın arxasında olmağa çağırıram” – Etibar Məmmədov

“Hər kəsi Ordumuzun, Dövlətimizin, Ali Baş Komandanın arxasında olmağa çağırıram” – Etibar Məmmədov

AMİP Lideri Etibar Məmmədov xalqa müraciət etdi

Müraciətdə deyilir: “Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı uzun müddətdir gözlənilən qərar nəhayət ki, verilib. Bu qərarın verilməsi və qəhrəman ordumuzun əsgər və zabitləri tərəfindən düşmənə vurulan zərbə nəticəsində artıq sevindirici məlumatlar daxil olmaqdadır.

Belə bir tarixi zamanda hər bir vətəndaş üzərinə düşən vəzifəni dərk etməli və bütün millət orduya çevrilməlidir. Bu məqsədlə istənilən dəstəyi verməyə hazır olduğumu bir daha bəyan edir və hər kəsi bu müqəddəs vəzifəni sonadək həyata keçirmək üçün Ordumuzun, Dövlətimizin, Ali Baş Komandanın arxasında olmağa çağırıram“.

Azinforum.az

Həmçinin oxuyun

Tural Gəncəliyev kanadalı senatoru üzr istəməyə çağırdı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural …