Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / “Hər kəs öz cəbhəsində savaşdı” — Tənzilə Rüstəmxanlı

“Hər kəs öz cəbhəsində savaşdı” — Tənzilə Rüstəmxanlı

“Medal, təşəkkürnamə, ümumilikdə, təqdir edilmə motivasiya üçün önəmlidir. Ancaq hər mükafatlandırmanın razı tərəfləri olduğu kimi, narazıların olması da normaldır. Çünki mükafat məhdud, haqq iddia edənlər çox olur. İnanıram ki, haqqı çatanlar mütləq gələcəkdə istədiklərinə nail olacaqlar”.

Bunu  Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

T.Rüstəmxanlı bildirib ki, bu il ən böyuk mükafat Qarabağın azad edilməsi olub: “Bu sevinci bizə yaşadan  müzəffər ordumuz və bu ordunun Ali Baş Komandanı cənab İlham Əliyev oldu. Ən böyük təşəkkür şəhid analarına düşür ki, biz onları hər zaman hörmətlə xatırlayacağıq. Böyük Vətən müharibəsi başladığı gün demişdim ki,bu gündən mən də əsgərəm, yəni hər kəs öz cəbhəsində savaşdı, biz bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdik və Zəfər çaldıq. Bu böyük Zəfərdə, harda yaşamasından asılı olmayaraq bütün xalqımızın əməyi var. Zamanla hər kəsin işinə qiymət veriləcək, bundan əminəm”.

Həmçinin oxuyun

“A Haber” ASALA ilə bağlı xüsusi reportaj hazırladı

Türkiyənin “A Haber” telekanalı ASALA erməni terror təşkilatı ilə bağlı xüsusi reportaj yayıb. Reportajda Türkiyə …