Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Həmsədrlərlə Kəlbəcər girovlarının taleyi müzakirə olunub

Həmsədrlərlə Kəlbəcər girovlarının taleyi müzakirə olunub

“İl ərzində ATƏT-in Minsk qrupunun həmsədləri ilə Azərbaycanın işğal altında olan torpaqlarına səfər edən zaman qanunsuz olaraq həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə dair məsələ müzakirə olunub. Bundan əlavə onların taleyi ilə bağlı məsələ beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı 4000 minə yaxın əsir və itkin düşmüş azərbaycanlı ilə bağlı məsələ ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlarda müzakirə edilib və gündəmdə saxlanılıb.

“Həmçinin qeyd etmək istəyirəm ki, Avropa Məhkəməsində “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qərar çıxarılıb və Ermənistan tərəfinin işğal nəticəsində öz torpaqlarından didərgin düşən şəxslərə kompensasiya verilməsinə dair qərar qəbul edib”.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …