Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Siyasət / “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb?” – İlham Əliyev

“Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb?” – İlham Əliyev

“Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib. O, bildirib ki, özü də 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. 

“Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. 

Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb”.

Həmçinin oxuyun

Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”

“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”. Bu sözlər Ermənistanın baş naziri …