Cümə , İyun 18 2021
Ana səhifə / Siyasət / “Hələ şeyx cavandır, indi “razkom” götürüb” – Cavanşir Paşazadə

“Hələ şeyx cavandır, indi “razkom” götürüb” – Cavanşir Paşazadə

“Varislik filan məsələləri hamısı boş söhbətdir.  Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda  şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, dövlətimiz və onun siyasəti var: “Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil.  Padşahlıq dövrləri bitib. Şeyxülislam da işləyir. Bundan sonra  da inşallah işləyəcək. Bütün məsələlərdə cənab prezidentə, xalqa dayaq olacaq.  Dini məsələlərdə ona köməklik edəcək.

Bu söhbətlər artıqdır, ona başqa don geyindirmək lazım deyil. Allah-təala nə məsləhət bilirsə, odur. Hələ ki, şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən,  hələ indi  “razkom” götürüb.  Ondan sonra da Allahın nə məsləhəti olacaqsa, o da olacaq.  Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o  sonralar ortaya çıxacaq”.

Qeyd edək ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az saytına açıqlamasında şeyxin varisinin oğlu Məhəmməd Paşazadə olduğunu deyib.

Həmçinin oxuyun

Hulusi Kılıç: “Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, Ermənistana getsinlər…”

Ermənistanda növbədənkənar parlament seçkilərinə cəmi iki gün qalıb. Ekspertlərin proqnozları müxtəlifdir. Amma yekdil fikir var: …

Bir cavab yazın