Ana səhifə / Siyasət / Həkim səhvinə görə xəstə düşən uşaq – Ana övladı uğrunda

Həkim səhvinə görə xəstə düşən uşaq – Ana övladı uğrunda

“Müraciət etdiyimiz hər kəs deyir ki, Səhiyyə Nazirliyi baxmırsa, biz niyə baxaq?! Bir ana kimi dünyanın ən böyük dərdini yaşayıram, bundan böyük daha heç nə ola bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri övladına yardım üçün redaksiyamıza müraciət edən Şəhla Kərimova deyib. Ananın sözlərinə görə, övladı 9 yaşlı Şəhriyarın yaşaması üçün bu il əməliyyat olunması mütləqdir: “2011-ci ilin avqust ayında uşağın qızdırması olduğu üçün 3 nömrəli Uşaq Poliklinikasına apardım. Sahə pediatrı Fəryal Əliyeva müəyinə edərək müalicə yazdı. Ondan sonra uşağın vəziyyəti daha da pisləşdi və başqa xəstəxanada yoxlatdığımız zaman Nieman-Pik diaqnozu qoyuldu. Bu xəstəlik ölkədə bircə mənim uşağımda var və ölkədaxili müalicəsi mümkün deyil.

Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmişik. Onlar da rəydə tibbi yardım göstərilən zaman həkim nöqsanlarının olduğunu təsdiq edib və həkimə töhmət verildiyini bildirib. Başqa heç nə.

Mənim övladım gözümün qarşısında əriyir, gözümə töhmət görünər? Dəfələrlə müraciətdən sonra Nəsib Quliyev ölkədaxili müalicə qərarı çıxarıb ki, bayaq qeyd etdiyim kimi o da mümkün deyil. Deyir, gücüm buna çatır, xaricə göndərə bilmərəm”.

Ananın sözlərinə görə, uşağın vəziyyəti getdikcə pisləşir. Şəhriyarın dalağı öz yaşıdlarına nisbətən 5 dəfə böyüyüb. Böyrəyində çox sayda kistalar var və burnundan güclü qanaxmalar olur, huşunu itirir. Müalicəsi sadəcə Almaniya, Şotlandiya və bir çox xarici ölkələrdə mümkündür. Ancaq ailənin maddi gəliri buna imkan vermir: “Yoldaşım 3-cü qrup gözdən əlildir. Mən işləmirəm. Kirayədə yaşayırıq, o pulu verməyə də imkanımız olmadığı üçün anamın 41 kv-metrlik evinə köçəsiyik. Evə gələn maddi gəlir 120 manat sosial yardım, 43 manat pensiya və Şəhriyara verilən 67 manatdan ibarətdir. Axı bu 230 manatla mən nə edə bilərəm?! Həkimlər deyir ki, sümük iliyinin parçalanmasını ləngitmək üçün “Muqlstat” ampulası alınmalıdır. Onun da birinin qiyməti Almaniyada 10 min avrodur. Belə əməliyyatı üçün isə 250 min dollar tələb olunur. Bütün kanallar çəkib, saytlar yazıb. Cəmi 500 manat toplanıb. Mən bu pulla nə edə bilərəm? İmkanı olan şəxslərə yaxınlaşmışam, qurumlara müraciət etmişəm. Hamı deyir ki, Səhiyyə Nazirliyi baxmırsa, biz niyə baxaq?! Nazirliyi də məhkəməyə vermişəm. Proses bir müddətlik dayandırılıb, ancaq ianə açılacaq. Gəl ki, bir nəfər soruşmur ki, sənin dərdin nədir?”

Şəhla xanımdan yazı üçün şəkil istədiyimiz zaman Şəhriyarın bundan narahat olduğunu, məktəbə getməyə utandığını söylədi: “Uşaqlar elə bilir ki, xəstəlik yoluxucudur. Ona görə də, kömək istədiyimiz yazıları oxuyanlar məktəbdə ondan qaçır. Bu da Şəhriyara pis təsir edir, deyir ki, saytlara mənim haqqımda vermə. Hər yerdən ümidim üzülüb, bəs mən nə edim? Özü də məktəbdə elə yaxşı oxuyur ki. Bütün müəllimləri deyir. İmkanlı şəxslərdən çox xahiş edirəm, mənə köməklik etsinlər. Artıq əlacım qalmayıb”.

Şəhriyar Kərimova mömək etmək istəyənlər üçün əlaqə nömrəsi:

(051) 960 78 93

Million aparatında bankstandart, kod: 324756, doğum tarixi: 1983.12.02 debeti seçib ödəniş edə bilərsiz.

 

Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda
Həkim səhvinə görə xəstə düşən uşaq  -  Ana övladı uğrunda

 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın