Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / “Həkim özbaşnalığına son qoyulacaq” – Millət vəkili

“Həkim özbaşnalığına son qoyulacaq” – Millət vəkili

Özəl tibb müəssisələrində fəaliyyət göstərən həkimlərin fəaliyyətinə nəzarət daha da gücləndiriləcək.
Azinforum.az Anspress-ə istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Sosial siyasət komitəsinin keçirdiyi iclasda müzakirə olunub. Yeni dəyişikliklər “Özəl tibb fəaliyyəti haqqında” qanunda öz əksini tapıb.
Əsas məqsəd vətəndaşların hüquqlarının qorunması ilə bağlıdır. Bundan sonra heç bir həkim xəstələri aldada bilməyəcək. Belə ki, bundan sonra diş həkimi yanına gedəndə o, sizin yalnız dişinizi müayinə və müalicə edə bilər, amma implant qoya bilməz.
Mİlli Məclisin deputatı Hadı Rəcəblinin də sözlərinə görə qanun tətbiqindən sonra həkimlər yalnız öz ixtisas sahələrinə uyğun müayinə və müalicə edə biləcəklər.
“Bu qanun əvvəllər da var idi, lakin dövlət müəssisələrində çalışan həkimlərə şamil olunurdu. Son zamanlar özəl klinikalarda özbaşnalığın çoxaldığını görüb, bu qanunu onlara da tətbiq etmək qərarına gəldik. İndi həkim hansı xəstəlik üzrə lisenziya alıbsa, yalnız o xəstəlik üzrə də pasiyentinə xidmət edə bilər. Əks halda, onu cərimə gözləyir”, – deyə Hadı Rəcəbli bildirdi.
Bununla bağlı layihə artıq müzakirə olunub, səsə qoyularaq plenar iclasa göndərilib, yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.
Hadı Rəcəbli – Milli Məclisin sosial siyasət komitəsinin sədri
Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Qanunun digər bir maddəsində isə, deyilir ki, həkim ona aid olmayan xəstəliklə yaxınlaşan pasiyenti lazımlı müəssisə və həkimə istiqamətləndirməlidir. Qanuna əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Millət vəkilinin sözlərinə gələcəkdə bu sistem birbaşa Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək. Yəni, həkimlərdə nazirlik tərəfindən verilən xüsusi siyahı olacaq ki, məhz, o siyahı əsasında xəstələr onlara lazım olan həkimin ünvanını və adını biləcəklər. Bunun üçün çox vaxt sərf etmiş olmayacaqlar.
Özəl tibb müəssisələrinin birində fəaliyyət göstərən həkim Tərlan Əyyubov hazırlanan qanunun müsbət dəyişikliklərə gətirib çıxaracağını deyir: “Təbii ki, hər bir həkim ona müraciət edən pasiyentin xəstəliyindən baş çıxara bilmirsə, onu başqa sahəyə yönləndirməlidir. Yox, əgər tibb işçisi bunu etmirsə, onda o, insanlıqdan deyil. Hər hansı bir problem üzrə həkimlər yığışanda müxtəlif sahəyə xidmət edənlər öz fikirlərini, məsləhətlərini verə bilərlər, amma müdaxilə edə və ya kimisə nəyəsə məcbur edə bilməzlər”
Tərlan Əyyubov -Həkim- pediatr
Həkim-professor Adil Qeybulla bu qanunun həkimlərin fəaliyyətində məhdudiyyətlər yaradacağını deyir: “Özəl müəssisələrdə işləyən həkimlər kifayət qədər savadlı həkimlərdir. Onların əməyini bu qədər məhdudlaşdırmaq düzgün deyil. Ona görə də özəl şirkətlərin fəaliyyətini genişləndirmək istiqamətində addımlar atmalıdır”.
Adil Qeybulla – həkim
Yeni qanunun tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, hər hansı məlumat əldə edə bilmədik. Amma qurumdan hər hansı açıqlama vermək istəsələr sizə təqdim edəcəyik.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın