Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Həkim məhlə sakinlərini niyə bezdirib – ŞİKAYƏT VAR

Həkim məhlə sakinlərini niyə bezdirib – ŞİKAYƏT VAR

Son illər cəmiyyətimizdə bir “qamarlamaq” mərəzi-xəstəliyi vüsət alıb. İnsanlar imkanları daxilində qanunsuz olsa belə haranısa hasarlamaq, özününküləşdirmək azarına yoluxublar. Biri dənizin sahilini hasarlayıb “özəlləşdirir”, digəri qəbristanlıqda 5-10 sot sahəni çəpərə alıb özü və gələcək nəsli üçün saxlayır. Yəni cəmiyyət qorxunc bir xəstəliyə mübtəla olub.

Xəstəlik bütün dövrlərdə olub və olacaq. Ən böyük problem odur ki, cəmiyyəti müalicə etməli olan həkim özü xəstəliyə yoluxa. Yəni həkim özü “xəstəlik-virus” daşıyıcısı ola. Bax, onda cəmiyyət böyük təhlükə ilə üz-üzə qalır.

Belə xəstə-həkimlərdən biri də Məmmədov Samir Böyükağa oğludur. Bu şəxs 1987-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinə daxil olub. 1989-cu ildən təhsilini Moskvada davam etdirib. 2012-ci ilin fevralında uşaqların müalicəsi ilə bağlı elmi iş müdafiə edərək alim adı alıb. Hazırda ATU-nun müəllimidir. Tələbələrə elmin dərinliklərini öyrədir və tərbiyə verir. Amma…

Son vaxtlar Məmmədov Samir barəsində Qafqaz Xəbər Agentliyində dərc olunan məqalələr onu göstərir ki, bu şəxsin özünün ciddi müalicəyə ehtiyacı var.

Beləki bu şəxs və digər 2 nəfər barəsində Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər.

Daha dəqiq desək, sakinlər öz müraciətlərində qeyd edirlər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibi Samir Məmmədov həkimdir. 90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur.

İstər-istəməz adam düşünür ki, cəmiyyətin həkimi-alimi bu gündədirsə, biz sıravi insanlardan nə gözləyə bilərik?

Bu adam cəmiyyətə nümunə olmalı, insanlar üçün örnək olmalıdır. Ancaq özü məhəllənin həyətinə mıx basdırıb öz maşını üçün “avtopark” düzəldir.

Birincisi, qanunsuz olaraq binanın həyətini zəbt eləmək cinayət əməlidir.

İkincisi və ən vacibi alim olan şəxs öz mənəvi yükünü anlamayıb məhəllə sakinlərinə məxsus sahəni özünüküləşdirmək istəyir.

Bütün bunlardan sonra görəsən, Samir Məmmədovun bu hərəkətlərinə onun tələbələri, müəllim yoldaşları necə münasibət göstərir..?

Ən əsası ATU-nun rektoru, millət vəkili hörmətli Əhliman Əmiraslanov öz əməkdaşı haqqında nə düşünür..?

Bu barədə növbəti yazıda.

Həkim məhlə sakinlərini niyə bezdirib
Həkim məhlə sakinlərini niyə bezdirib
Həkim məhlə sakinlərini niyə bezdirib
Həkim məhlə sakinlərini niyə bezdirib
Həkim məhlə sakinlərini niyə bezdirib

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın