Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Həkim məhkəmə zalında həbs olundu

Həkim məhkəmə zalında həbs olundu

BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov məhkəmə zalında həbs edilib.

 Azinforum.az ” axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apleyasiya Məhkəməsində keçirilən prosesdə F.İbrahimov 2,5 il azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib və məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın