Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Həbsdəki Hüseyn Abdullayevin vəkili sükutu pozdu

Həbsdəki Hüseyn Abdullayevin vəkili sükutu pozdu

Həbsdə olan eks-deputat Hüseyn Abdullayev və sabiq baş prokuror Eldar Həsənovun Azərbaycan ordusunun Qarabağ zəfərlərinə susqun yanaşmalarından yazmışdıq.

“Həbsdəki Hüseyn Abdullayev və Eldar Həsənovun Qarabağ zəfərinə susqunluğunun səbəbi” sərlöhvəli yazıda Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin fikirləri yer almışdı. Partiya sədri “Yəqin ki, gecikmədən öz təbriklərini, gözaydınlıqlarını çatdırarlar” demişdi.

Ötən gün Hüseyn Abdullayev vəkili vasitəsi ilə Qarabağ zəfəri ilə bağlı açıqlama verib. Eldar Həsənov da belə bir açıqlama təqdim edəcəyi təqdirdə oxucularımıza çatdıracağıq.

Hüseyn Abdullayevin vəkilinin açıqlamasını təqdim edirik:

“Hörmətli redaksiya!

Əvvəla onu bildirim ki, hüquqlarını müdafiə etdiyim şəxsin səhhətində ciddi problemlər yaranıb. Bu səbəbdən və  pandemiya ilə əlaqədar vəkillər də əvvəlki kimi intensiv görüşlər keçirə bilmirlər.Vətən müharibəsi başlayan gündən Hüseyn Abdullayev ordumuzun ard-arda zəfərlərinə qürurlanıb və bu anları çoxdan gözlədiyini, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarını yalnız dəstəklədiyini bildirmişdir.

Unutmayaq ki, ən vətənpərvər mahnıların müəllifi məhz Hüseyn Abdullayevdir.  Əminliklə deyə bilərəm ki, dillər əzbəri olan və ruhlandırıcı marşa çevrilmiş “Quban olum Azərbaycan”,  həmçinin “Tarixin sınağı” mahnılarının müəllifi olan Hüseyn Abdullayev vətənini canından çox sevir. Onun tezliklə azadlıqda olacağına böyük ümidlər bəsləyirik”.

Vəkil qeyd edib ki, dövlət rəsmiləri müvəkkilinin azadlığa çıxması üçün BMT-nin Qnunsuz həbslərlə bağlı İşçi Qrupunun qərarını da hər hansı formada icra etməlidirlər.

Xatırladaq ki, eks-deputat Hüseyn Abdullayev barəsində ötən ilin oktyabrında Bakı Hərbi Məhkəməsi 6 il həbs hökmü çıxarıb. Məhkəmə sabiq deputatın 70 yaşlı anası Zeynəb Abdullayevanı da cəzalandırıb. Hüseyn Abdullayev məhkəmədə özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib. Musavat.com

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …