Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Həbsdəki aparat rəhbərinin oğlu harada işləyir?

Həbsdəki aparat rəhbərinin oğlu harada işləyir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun oğlu hal-hazırda İqtisad Universitetində mühüm vəzifə tutur.

Mia.az xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib.

Belə ki, universitetin saytında (http://unec.edu.az/idareetme11/hemkarlar-ittifaqi/) Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olduğu bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl universitetin rektoru Ədalət Muradovun Pərviz Zeynalovu vəzifəsindən kənarlaşdırdığı haqda mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt bu xəbərə rəsmi aydınlıq gətirilməmişdi. Universitetin rəsmi internet saytından isə görünən budur ki, kənarlaşdırma xəbəri yalan olub…

Onu da bildirək ki, oğlu Pərviz Zeynalov kimi, Vidadi Zeynalovun özü də həmin universitetin “Maliyyə və maliyyə institutları” kafedrasının yarım ştatlı müəllimidir. O, hələ də müəllim vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Pərviz Zeynalov 2004-cü ilin oktyabr ayından 2005-ci ilin avqust ayınadək “Kapital Bank” ASC-nın (keçmiş BUS Bank) “Rabitə” filialında, 2008-ci ilin noyabr ayında Mərkəzi Bankda işləyib. 2014-cü il, yanvarın 24-dən Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Mia.az

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın