Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / “Həbs olunan məmurlar içərisində xaricə bağlı olanlar var”

“Həbs olunan məmurlar içərisində xaricə bağlı olanlar var”

Son vaxtlar Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun fəallığından  çox danışılır. Görəsən, ölkə idarəçiliyindəki bir sıra neqativ olayların, o cümlədən korrupsiya və məmur özbaşınalığı hallarının artmasında da həmin qüvvələrin rolu böyükdürmü?
 

Moderator.az-a açıqlamasında mövzu ilə bağlı sualları cavablandıran Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov bunları söyləyib:
 

“Əvvəla, deyim ki, “5-ci kalon” yalnız Rusiyaya aid deyil.  Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var. Və həmin ölkələrə meyilli adamlar da var. Vəzifələrdə də təmsil olunanlar çoxdur. Və təbii ki, Azərbaycandakı neqativ hallarda onların barmağı da var, rolu da var… Onlar tərəfindən müxtəlif sahələrdə müxtəlif formalarda sabotajlar da təşkil olunur. Həmçinin təxribatlar törədilir”.


 “Əvvəllər korrupsiya və digər ittihamlarla işdən azad edilmiş, yaxud həbs olunmuş nazir və icra hakimiyyəti başçılarının Rusiya və ya digər ölkələrlə bağlılığı ehtimalı varmı?” sualını isə istiqlalçı deputat belə cavablandırıb:


 “İşdən çıxarılan, yaxud həbs olunanların hamısının Moskva ilə bağlı olması vacib deyil. Məmur özbaşınalığı və korrupsiya, rüşvət kütləvi hal aldığından belələri meydana çıxıb. Ona görə də onların arasında xaricə bağlı olanlar da var, özləri üçün işləyənlər də var…”

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …