Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Həbs edilən oliqarxın vəkili danışdı – Açıqlama

Həbs edilən oliqarxın vəkili danışdı – Açıqlama

İki gün öncə Bakıda həbs olunan Nizami Piriyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır.Bunu virtualaz.org saytına açıqlamasında oliqarxın vəkili Muxtar Mustafayev deyib.

Vəkilin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir.Bununla belə M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib.

Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində “Bandotdel”in təcridxanasında saxlanılacaq.

Həmçinin oxuyun

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa …

Bir cavab yazın