Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Həbs edilən MTN generalı rektorla quda çıxdı

Həbs edilən MTN generalı rektorla quda çıxdı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyini verən Nazim Hüseynli ilə bağlı maraqlı məlumat daxil olub. 

Namizədliyi qeydə alındıqdan sonra Avrasiya Universitetinin rektorluğundan istefa verən N.Hüseynlinin həbs edildiyi bildirilən MTN zabiti Teymur Quliyevlə yaxın qohum, daha doğrusu, quda olduğu bildirilir.

Məlumatlı mənbənin verdiyi bilgiyə görə, N.Hüseynlinin qızı ilə T.Quliyevin oğlu nişanlıdırlar. Onların yaxın vaxtlarda toyu planlaşdırılırmış. Hətta N.Hüseynlini YAP-ın rektorlara mandat qadağası qoymasına rəğmən namizədliyini verməsinə də məhz T.Quliyevin sövq etdiyi iddia edilir. MTN zabiti qohumunu əmin edibmiş ki, onun parlamentə düşməsini təmin edəcək.

Qeyd edək ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən alınandan sonra bir sıra qeyri-rəsmi məlumatlar yayıldı ki, bunlardan biri də Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşlarının MTN-də xüsusi əməliyyat keçirməsilə bağlı idi. Bildirilirdi ki, əməliyyat nəticəsində nazirliyin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb. Onlardan biri də general-mayor Teymur Quliyevdir.

Bəs bu general Teymur Quliyev kimdir?

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib.

Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişir. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilir. Lakin bu vəzifədə az işləyir və tezliklə daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir.

Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib. DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxil işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır.

Avrasiya Universiteti mətbuat xidmətinin rəhbəri Şəfayət Quliyev AFN.az-ın sorğusuna cavabında N.Hüseynli ilə T.Quliyevin quda olmaları xəbərini nə təsdiq nə də təkzib edib. O, yalnız universitetlə bağlı sorğuları cavablandıra biləcəyini qeyd edib.

AFN.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın