Bazar , Oktyabr 20 2019
Ana səhifə / Siyasət / Həbs edilən generalın qudası seçicilərə pul paylayır

Həbs edilən generalın qudası seçicilərə pul paylayır

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyini irəli sürən Bakı Avrasiya Universitetinin keçmiş rektoru, iş adamı İlham Rəhimovun dostu Nazim Hüseynli seçicilərinə pul paylayır.

Bu barədə AzFakt.com-a Gədəbəy rayon sakinləri məlumat veriblər. İddiaya görə mandat almaq üçün bütün gücünü ortaya qoyan universitet rektoru hər vasitədən istifadə etmək niyyətindədir. Rayon sakinləri bildirirlər ki, Nazim Hüseynli seçicilərə pul paylamaqla bərabər ucqar dağ kəndlərinə qaz çəkilməsi ilə bağlı köməklik edəcəyini və digər sosial problemlərin həll olunması adı altında “populist” vədlər verməkdə davam edir.

Gədəbəy sakinləri bildirirlər ki, Nazim Hüseynli Bakı Avrasiya Universitetinin rektoru işlədiyi dövrlərdə rayon camaatı ilə heç vaxt maraqlanmayıb. Ancaq indi namizəd kimi seçkiyə qatıldığı üçün”yağlı” vədlər verməyə başlayıb. Halbuki Gədəbəyin bir çox ucqar kəndlərinə qaz çəkilməməsi ilə bağlı rayon sakinləri dəfələrlə mətbuat vasitəsi ilə ölkə prezidentinə və digər aidiyyatı qurumlara müraciət edəndə Nazim Hüseynli səsini də çıxarmırdı. Qeyd edəki, prezidentə müraciətdən sonra “Azərqaz” bir çox kəndlərə qaz çəkdi və bu gündə digər kəndlərə qaz verilməsi üçün işlər davam etdirilir.

Sakinlər bildirirlər ki, Nazim Hüseynli Gədəbəy rayon ziyalısı kimi olnların hər hansı bir problemi ilə maraqlanmayıb. Yalnız öz qohumlarının və tanışlarının xeyir-şər məclislərinə təşrif buyuran bu “ziyalı” hər dəfə rayon icra başçısı ilə isti münasibətləri qorumağa saxlayıb. Halbuki Gədəbəy rayonunda çoxlu sayda sosial problemlər var və bu problemlərin bir hissəsi qalmaqda davam edir. İndi isə Nazim Hüseynli kənd camaatının kasıbçılığından istifadə edərək özünün rüşvət yolu ilə qazandığı “səxavət” kisəsinin ağzını açıb. Ancaq Gədəbəylilər bu cür iki üzlü, rüşvətxor öz maraqları naminə hər zaman çalışan birinə səs vermək istəyində deyillər.

Bundan başqa rayon sakinləri qeyd edirlər ki, onlar YAP-namizədi Rafiq Məmmədhəsənova daha çox güvənirlər.Çünki hazırkı deputat dəfələrlə ucqar kənd sakinlərinin səsinə səs verib və onların sosial problemləri ilə bağlı aidiyytı orqanlara müraciətlər edib. Ona görədə bizim seçimizim İlham Rəhimovun dostu Nazim Hüseynli yox cənab prezidentimiz İlham Əliyevin kursunu dəstəkləyən Rafiq Məmmədhəsənovdur.

Xatırladaq ki, Nazim Hüseynlinin həbs edilən MTN generalı Teymur Quliyevlə yaxın qohum, daha doğrusu, quda olduğu bildirilir. Nazim Hüseynlinin qızı ilə Teymur Quliyevin oğlu nişanlıdırlar. Onların yaxın vaxtlarda toyu planlaşdırılırdı. Hətta N.Hüseynlini YAP-ın rektorlara mandat qadağası qoymasına rəğmən namizədliyini verməsinə də məhz T.Quliyevin sövq etdiyi iddia edilir. MTN generalı qohumunu əmin edibmiş ki, onun parlamentə düşməsini təmin edəcək. Hazırda isə Nazim Hüseynlinin vəziyyəti heç də ürəkaçan deyil. Lakin rektorun qızının nişanını geri qaytararaq öz vəziyyətini normallaşdırmaq ehtimalı da istisna olunmur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Əli Kərimli izahatı alınaraq sərbəst buraxılıb

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” …

Bir cavab yazın