Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Gürcüstanın Azərbaycandakı səfiri:”9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir”

Gürcüstanın Azərbaycandakı səfiri:”9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir”

“9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir”.

Bunu 9 Aprel Tbilisi hadisələrinə həsr olunan fotosərgidə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

“Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi naminə, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, – deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstanı eyni ağrı-acı birləşdirdiyini dilə gətirib.

“1990-cı ilin 20 yanvar günü Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız millətin qəhrəmanlarını tanımalı və yad etməlidirlər”, – səfir vurğulayıb.

Qeyd edək ki, 9 aprel 1989-cu il tarixində Tbilisi şəhərinin mərkəzində Sovet ordusunun Gürcüstanın müstəqilliyinin tərəfdarlarının kütləvi mitinqinə amansızlıqla hücum etməsi nəticəsində aralarında 16 qadın olmaqla 21 nəfər həlak olmuş, 290 nəfər xəsarət alaraq əlil olmuş, 300-ə yaxın insan isə xüsusi tərkibli qazla zəhərlənmişdir/Report.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …