Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Siyasət / Gürcüstandakı azərbaycanlı deputatlar niyə susur?

Gürcüstandakı azərbaycanlı deputatlar niyə susur?

Təqribən 2 ildir Gürcüstan Parlamentində heç bir mövzu ilə bağlı çıxış etməyən parlamentin azərbaycanlı üzvləri Zaur Darğallı və Savalan Mirzəyev bu ilin 16 dekabr tarixində sükutu pozublar.

Aktual.ge xəbər verir ki, hakim “Gürcü arzusu” partiyasından təmsil olunan azərbaycanlı millət vəkillərindən Savalan Mirzəyev parlamentin əsas plenar iclasında ən son 2021-ci ilin 22 fevral tarixində, Zaur Darğallı isə həmin ilin 18 mart tarixində çıxış edib.

Parlamentdən tez-tez fotoşəkillərini paylaşan Zaur Darğallı və Savalan Mirzəyev ölkənin azərbaycanlı icması tərəfindən təqribən 2 ildir qanunverici orqanda etnik azərbaycanlıların problemlərini dilə gətirmədikləri üçün sosial şəbəkələrin Gürcüstan seqmentində cəmiyyətin və ictimaiyyətin qınaq obyektivinə çevriliblər.

Məlumat üçün bildirək ki, 16 dekabr tarixində parlamentdəki “Nazir saatı” çərçivəsində hesabat verən Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə Zaur Darğallı torpaqların qeydiyyata alınması, Savalan Mirzəyev isə Qanunvericilik Bülleteni layihəsinin milli azlıqların dillərinə tərcümə edilmiş normativ aktları barədə suallar ünvanlayıb. 

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …