Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Gürcüstanda hakimiyyət 1-ci turdakı məğubiyyətin səbəbləri üzərində baş sındırır

Gürcüstanda hakimiyyət 1-ci turdakı məğubiyyətin səbəbləri üzərində baş sındırır

Xəbər verildiyi kimi, Gürcüstanda prezident seçkilərinin 1-ci turu hakimiyyət üçün məğlubiyyətə bərabər nəticə ilə sonuclanıb.

Eks-prezident Mixail Saakaşvili öndərliyindəki müxalifət öz qələbəsini artıq indidən bəyan edib. Bilindiyi kimi, Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadze 37,7%, onun rəqibi, hakim “Gürcü arzusu” partiyasının dəsətklədyi Salome Zurabişvili isə 38% səs toplayıb. Lakin səsvermədə 10% səs toplayan 3-cü namizəd, “Avropa Gürcüstanı” partiyasının sədri , parlamentin eks-spikeri David Baxradze artıq indidən Qriqol Vaşadzeni dəstəkləyəcəyini açıqlayıb.

Gürcüstanın hakim dairələri isə məğlubiyəytin səbəbləri üzərində baş sındırmaqla məşğuldurlar. Onların fikrincə, özünə həddindən artıq güvənmə vəziyyətin onların ziyanına işləməsinə gətirib çıxarıb.

Çünki bundan öncə iqtidar Salome Zurabişvilinin qələbəsindən olduqca arxayın danışırdı. Hətta parlamenitn spikeri İrakli Koxabizde Salome Zurabişvilinin 52% səslə qalib gələcəyini və rəqibini ən azı 15-20%-lə qabaqlayacağını bəyan etmişdi.

Картинки по запросу грузия выборы 2018

Bu məsələdə ABŞ-ın “Edison Research” institutunun sosiloqlarının proqnozları düz çıxdı. Seçkidən öncə onlar hər iki namizədə 40%-lik pay ayrımışdılar.

“Gürcü arzusu” partiyasının siyasi şurasının sədri, Tifils meri Kaxaber Kaladze də partiyasının böyük səhvə yol verdiyini təsdiqləyib. Onun fikrincə, partiya Salome Zurabişvili kimi müstəqil fiqurun yerinə öz namizədini dəskələməli idi. Kaladze bu sözləri söyləməsinin ardından tərəfdarlarını yenə də S.Zurabişviliyə səs verməyə çağırıb.

Картинки по запросу kaladze tbilisi

Salome Zurabişvili Gürcüstanın bütün iri şəhərlərində o cümlədən, Tiflis, Kutaisi, Batumi və Zuqdididə rəqibinə uduzub. Hakim partiyadan olan namizəd özünün hətta anadan olduğu ölkədə, yəni Fransada (Gürcüstanın Fransadakı səfirliyində açılan seçki məntəqəsində-red.) tərəfindən ağır məğlubiyyətə düçar olub.

Картинки по запросу грузия выборы 2018

Burada Salome Zurabişvilinin şəxsi keyfiyyətləri ilə bağlı problemlər az rol oynamayıb. Prezidentliyə namizəd olan bu xanım hələ də gürcücə fransızcadan pis danışır. Üstəlik, onun bu yaxınlarda 2008-ci ildə Rusiya ilə aparılan müharibədə Gürcüstanı günahkar çıxarması heç yerinə düşməyib. “Gürcülər heç vaxt onun kimi vətən xaininə səs verməzlər”, – Vahid Milli Hərəkat partiyasından namizəd, Gürcüstanın Avropa Birliyindəki keçmiş nümayəndəsi Salome Samadaşvili Rusiyanın “Kommersant” qəzetinə bildirib.

“Salome Rusiya ilə münasibətləri düzəltmək üçün cədlər göstərə bilər. Lakin Vaşadze seçilərsə, iki ölkə arasında əlaqələr daha pisləşəcək və mürəkkəbləşəcək”, – Gürcüstanın Vətəndaş bərabərliyi üzrə keçmiş naziri Paata Zakareişvili “Kommersant”a söyləyib.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …