Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / Gürcüstanda hakim partiya Marneulinin başçısı postuna azərbaycanlının namizədliyini irəli sürdü

Gürcüstanda hakim partiya Marneulinin başçısı postuna azərbaycanlının namizədliyini irəli sürdü

Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası sentyabrın 24-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli Rayon İcra Hakimiyyətinin başçısı postuna namizədini rəsmən təqdim edib.

“Report” xəbər verir ki, hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar.

Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə Marneuli rayonunda icra hakimiyyəti başçısı vəzifəsinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …