Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / “Gürcüstanda erməni kilsəsinə qaz verəndə belə də olmalıydı” — Hafiz Hacıyev

“Gürcüstanda erməni kilsəsinə qaz verəndə belə də olmalıydı” — Hafiz Hacıyev

“Gürcüstan bilməlidir ki, buna cavab olaraq, Azərbaycan verdiyi qazı kəsə bilər”.

Bunu Hurriyyet.org-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, əgər fakt təsdiqini taparsa, çox ciddi şəkildə Gürcüstana bəyanat verilməlidir – deyə qeyd edib:

“Biz Gürcüstsana dəyərindən ucuz qaz veririk. Əgər fakt təsdiqini tapıbsa, qazı kəsmək lazımdır. Gürcülərin bu cür riyakarlığının sübutu olaraq, onları yerinə otuzdurmaq lazımdır. Bunların hamısı Azərbaycan hakimiyyətinin daxilində olan satqınların işidir. Əlbəttə ki, Gürcüstanda erməni kilsəsinə qaz verəndə belə də olmalıydı. Belə bir fakt varsa, çox ciddi şəkildə Gürcüstana bəyanat verilməlidir. Gürcüstanda xeyli soydaşımız yaşayır. Onlara da bildirmək lazımdır ki, Gürcüstanla bu cür münasibətdə çox həssas yanaşsınlar və lazım olduqda öz sözlərini desinlər. Düşünürəm ki, yeni Xarici İşlər naziri ciddi addım atmalıdır. Hər halda təəssüfləndirici haldır. Qətiyyən, buna yol vermək olmaz. Gürcüstan bilməlidir ki, buna cavab olaraq, Azərbaycan verdiyi qazı kəsə bilər. Dostla düşmənin seçildiyi dövrdə yaşayırıq. Biz bu qədər humanist dövlət ola bilmərik”

Hafiz Hacıyev, özünün və oğlunun orduya yazıldığını bildirib:

“Mən yeni təyin olunan Xarici İşlər nazirindən çox şey gözləyirəm. Əgər cənab prezidentin tapşırıqları yerinə yetirilməsə, biz yenə öz sözümüzü deyəcəyik. Mən, Ceyhun Bayramovdan çox böyük iş gözləyirəm. İstərdim ki, Azərbaycanın milli maraqlarına uyğun addımlar atsın və cənab Prezidentin verdiyi tapşırıqları sözdə yox, əməldə yerinə yetirsin. Azərbaycanın xarici siyasətdə düşdüyü böhranlı siyasi vəziyyətdən ümid edirəm ki, çıxacayıq. Bundan sonra, illərlə gözləyə bilmərik ki, Ermənistan nə vaxtsa bizim ərazimizdən çıxacaq. Artıq zaman gedir. Biz həm diplomatiyada, həm də hərbidə qətiyyətli olmalıyıq. Torpaqlarımızı qısa müddətdə erməni işğalçılığından azad etməliyik. Hakimiyyətdə erməni mənşəli insanların xoşuna gəlməsə də belə, biz bu addımı atmalıyıq və buna məcburuq. Ali Baş Komandanın tapşırığını gözləyirik. Hamı kimi mən də, övladım da hərbi xidmətə yazılmışıq. Hansı formada desələr, o formada da orduda xidmətimizi edəcəyik. İki əmimoğlu şəhid olub. Üçüncüsü də mən olum. Şəhid olmağa da hazıram”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …