Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Siyasət / Gürcüstan parlamentinin sədrindən Azərbaycanla bağlı AÇIQLAMA

Gürcüstan parlamentinin sədrindən Azərbaycanla bağlı AÇIQLAMA

“Azərbaycan bizə dost və qonşu ölkədir. Eyni zamanda, bizim üçün vacib tərəfdaşdır. Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”.

Bu fikri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.

Parlament sədri Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını bildirərək deyib: “Hazırda Gürcüstan parlamenti bir sıra vacib qanunlar üzərində işləyir. Gərgin iş qrafikimiz var. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu, bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Amma mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”. (Azərtac)

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …