Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb.

Gürcü mediası xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək.

Onun sözlərinə görə, ümumilikdə 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq.

Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub.

Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq.

“Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq.

Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”, – deyə mətbuat katibi vurğulayıb. (oxu.az)

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …