Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / “Gürcüstan-Azərbaycan münasibətlərinin daha da dərinləşəcəyinə əminəm” = NAZİR

“Gürcüstan-Azərbaycan münasibətlərinin daha da dərinləşəcəyinə əminəm” = NAZİR

“Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfirini salamlamaqdan məmnunam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani şəxsi “Twitter” hesabında yazıb.

Azərbaycanın qonşu ölkəyə yeni təyin olunmuş səfiri Faiq Quliyevi qəbul edən XİN başçısı iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini qeyd edib:

“Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli strateji və dostluq münasibətlərinin daha da dərinləşəcəyinə əminəm. Yeni səfirə məsuliyyətli işində uğurlar arzulayıram”.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …