Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Günvurmadan necə qorunmalı?

Günvurmadan necə qorunmalı?

Son günlər ölkəmizdə havaların həddindən artıq isti keçməsi ilə əlaqədar günvurma hallarının sayı artıb. Günvurma hansı halda baş verir və bundan qorunmaq üçün nə etmək lazımdır?

Sualları cavablandıran Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevrologiya şöbəsinin müdiri Dilarə Xəlilova AZƏRTAC-a müsahibəsində deyib ki, günvurma günəş şüalarının uzun müddət və birbaşa başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir. Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Günəş şüalarının təsiri nəticəsində baş beyində qan axını artır və nəticədə qan dövranı pozulur. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olanlar və açıq havada günəş altında işləyənlərdir.

Dilarə Xəlilova, həmçinin bildirib ki, günvurma zamanı insanda kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda isə qıcolma və huşun pozulması kimi əlamətlər müşahidə olunur.

Dilarə Xəlilova

Həkimın sözlərinə görə, günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır. Qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. Günvurmadan qorunmaq üçün isti havalarda saat 11:00–dan 18:00–dək mümkün qədər açıq günəş altında qalmamaq, həmçinin açıq rəngli, təbii materiallardan hazırlanmış geyimlərdən, baş örtükləri və papaqlardan istifadə etmək, ən vacibi də bol maye qəbul etmək məsləhətdir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın