Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Günün Ramazan təqvimi (27 iyun)

Günün Ramazan təqvimi (27 iyun)

İlahi, bu gün bütün günah və pisliklərə qarşı məndə nifrət oyat!

10 ramazan 1436 – 27 iyul 2015
 
İmsaq: 04:41
İftar: 21.31
10-cu günün duası: Allahummə həbbib ələyyə fihil-ihsan. Və kərrih iləyyə fihil-fusuqə vəl-isyan. Və hərrim ələyyə fihis-səxətə vən-niran. Biəunikə ya ğiyasəl-mustəğisin.
 
(İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün bütün günah və pisliklərə qarşı məndə nifrət oyat! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!).
Ayə: “De: Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” /Kafirun/
Hədis: “Axşama çıxdıqda, səhərə sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!”
P.S: Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
 
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın