Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / “Günü bu gün Azərbaycan Laçın dəhlizini bağlayıb…”

“Günü bu gün Azərbaycan Laçın dəhlizini bağlayıb…”

“Ermənistan yenə öz işğal siyasətini davam etdirir. Amma 2-ci Qarabağ müharibəsində Ermənistan biabırcasına məğlub olub, kapitulyasiya aktına imza atmış ölkədir. Buna baxmayaraq, Ermənistan indi köhnə ”siyasətinə” davam etdiyini bu və ya digər formada büruzə verir”.

Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Politoloqa görə, belə davranışın cavabı təbii ki, yeni müharibədir. “Çünki hansı ölkə bu cür vəziyyəti qəbul edər? Günü bu gün Azərbaycan Laçın dəhlizini bağlayıb, Qarabağda antiterror əməliyyatı keçirə bilər. Bununla da məsələ bitəcək”, – deyə o qeyd edib.

Zülfüqarov Moskva və Brüssel danışıqlarına, burada verilən bəyanatlara baxmayaraq Ermənistanın ardıcıl şəkildə 10 noyabr 2020-ci il bəyanatının müddəalarını icra etmək istəmədiyini bildirib: 

“Əslində bu, ən vacib müddəalardır. Çünki bu müddəalar erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Amma ermənilər hələ də bunu icra etmir. Əksinə, onlar bura qoşun göndərəcəklərini açıqlayırlar. Eyni zamanda, Zəngəzur dəhlizinə aid öhdəlikləri yerinə yetirmək istəmirlər. Ermənistan açıq şəkildə post-konfilikt məntiqinə zidd siyasət həyata keçirir. Bu isə Ermənistanın anneksiya siyasətinin təzə şəraitdə davamı deməkdir. Buna açıq nümunə kimi hələ də Azərbaycan ərazisində erməni qoşunlarının qalması və burada separatçılara dəstək ”siyasətlərinin” davam etdirmələridir. Sözsüz ki, belə davam edə bilməz”. (Teleqraf.com)

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …