Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Güney Azərbaycanlılar İlham Əliyevdən kömək istədi: “Bizə sahib çıxın”

Güney Azərbaycanlılar İlham Əliyevdən kömək istədi: “Bizə sahib çıxın”

GünAzTv-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı Güney Azərbaycanda baş verən zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb.

Musavat.com xəbər verir ki, Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb:

“Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda, dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib…”

Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinasız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib:

“İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.

Onu da qeyd edək ki, bu dəqiqələrdə İranın Xoy şəhərində 4,5 bal gücündə daha bir zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …