Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Günel Mövlud icra başçısının qalmaqallı fotosundan danışdı: “Gündəmi dəyişmək istəyirdim”

Günel Mövlud icra başçısının qalmaqallı fotosundan danışdı: “Gündəmi dəyişmək istəyirdim”

“Hə düzdür, təxribat etmişəm. Fotoları da mən çəkib Salyan rayon İcra Hakimiyyətinin saytına qoymuşdum”.
Bunu Moderator.az-a açıqlamasında şairə Günel Mövlud bildirib.

Günel Mövlud deyib ki, gündəmi dəyişmək istəyirmiş: “Buna görə xarici qara qüvvələrdən sifariş adlmışdım”.

Qeyd edək ki, dünən Salyan rayon icra başçısı Tahir Kərimovun Facebookda paylaşılan fotosu çox geniş müzakirəyə səbəb olub. Salyan rayon İcra Hakimiyyəti isə açıqlama yayaraq fotonun Günel Mövlud tərəfindən paylaşdığını, bununla da təxribat və gündəmi dəyişməq məqsədi güddüyünü bəyan edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın