Bazar , Sentyabr 19 2021
Ana səhifə / Siyasət / “Gün gələcək, ABŞ Əfqanıstandan qaçdığı kimi erməni işini də tərk edəcək”

“Gün gələcək, ABŞ Əfqanıstandan qaçdığı kimi erməni işini də tərk edəcək”

“Vaşinqton bir çox hallarda vəziyyəti düzgün qiymətləndirə bilmir, onların xarici siyasətlərinin nəzəri əsasları yanlışdır”.

Bunu politoloq Zərdüşt Əlizadə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin erməni jurnalistlərlə söhbət zamanı “Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” fikrinə münasibət bildirərkən deyib. 

Politoloq qeyd etdi ki, Amerikanın siyasi dairələri əsrlər boyu erməni işini müdfiə ediblər:  

“ABŞ səfiri Dövlət Departamentinin mövqeyini bildirir. Dövlət Departamenti də öz növbəsində Prezidentin, Konqresin mövqeyini bildirir. Ermənilər onların Yaxın Şərqdə uzun müddətli məqsədlərinə xidmət edən qüvvədir”. 

Ekspert bildirib ki, amerikan siyasəti heç də bir çoxlarının düşündüyü kimi, ideal deyil: 

“Onlar bir çox hallarda vəziyyəti düzgün qiymətləndirə bilmir. Bir çox hallarda Amerika xarici siyasəti, silahlı qüvvələri gurultulu məğlubiyyətlərə düçar olublar. Belə bir şəraitdə Vaşinqton Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyəti düzgün qiymətləndirməyi bacarmayaraq, yenə də köhnə ənənələrinə uyğun şəkildə erməni işinin müdafiəsi yolunu tuturlar. Daha qanmırlar ki, Qarabağın balaca bir hissəsində qalan 25 minlik erməni heç də statusa layiq əhali deyil. Onlara şərait yaratsalar, həqəqətən də məmuniyyətlə oranı tərk edib çıxıb gedərlər. Ancaq şərait dəyişsə də, Qərb siyasətçiləri köhnə bayatını oxumaq və çalmaqda davam edirlər”. 

Həmsöhbətimizin fikrincə, Amerika Əfqanıstandan qaçdığı kimi, erməni işini müdafiə etməkdən də zamanı gələndə geri çəkiləcək: 

“Amerikalılar həddən artıq ağıllı, müdrik qüvvə deyil. Vaxtilə Latın Amerikasında “N” sayda hərbi çevrilişlər edib, mütərəqqi insanları devirdilər. Amma nə baş verdi? Bütün Latın Amerikası onlara qarşı qalxdı və xeyli dövlətdə solçu qüvvələr hakimiyyətə gəldi. Vyetnamda da ağır məğlubiyyətə düçar olublar. Son olaraq isə ABŞ Əfqanıstanda rüsvayçı məğlubiyyətə uğradı. Bu da onlarn xarici siyasətinin nəzəri əsaslarının yanlış olmasından qaynaqlanır. O cümlədən, Ermənistan məsələsində də”./Qaynarinfo

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …