Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Günəşli”dəki yanğında yaralananlar işə çıxmağa başlayıblar

“Günəşli”dəki yanğında yaralananlar işə çıxmağa başlayıblar

“Günəşli” yatağının 10-cu dərin özülündə baş verən faciəvi yanğından xəsarət alanlar artıq tam sağalaraq, öz işlərinin başına dönüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a hazırda müalicəsini davam etdirən özülün rəisi Allahverdi Məmmədov məlumat verib.

A.Məmmədov bildirib ki, digər işçilər özülə qayıtsalar da, o, hələ müalicəsini davam etdirmək məcburiyyətindədir: “İşçilərin hamısı tam sağalıb, işlərinin başına dönüblər. Hadisə nəticəsində xəsarət aldığım üçün əməliyyat olunmuşdum. Tikişləri dünən söküblər. Bədənimdə ağrılar olsa da, ümumi vəziyyətim yaxşıdır. Əsas problem qolumdadır. Həkimlər bildirirlər ki, sinir əzilməsi də var. Ona görə də qolumu hələ də tərpədə bilmirəm. Bu baxımdan, işə çıxa bilmirəm”.

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi.

Görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas edilsə də, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər də itkin düşmüş hesab edilir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın