Ana səhifə / Siyasət / “Günəşli”dəki qəzada itkin düşənləri 11 helikopter axtarır – SON XƏBƏR

“Günəşli”dəki qəzada itkin düşənləri 11 helikopter axtarır – SON XƏBƏR

11 helikopter qəza zamanı itkin düşən 29 nəfərin axtarışlarını davam etdirir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə dalğıcları da axtarışlara qoşulub.
Bu haqda Modern.az saytına məlumat verən FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, axtarışlar davam etdirilir:
“Fövqəladə Hallar Nazirliyinin əlavə dalğıcları – Sularda Xilasetmə Xidmətinin bir Amfibiya təyyarəsi, B -200 CS  daha bir helikopteri axtarışlara qoşulub”.
Dekabrın 4-də Xəzərdəki “Günəşli” yatağında baş verən qəzada 32 nəfər xilas olunub, 2 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb.
Ölkə başçısının sərəncamına uyğun olaraq hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, dəyən ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

 

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın