Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Günəşli” itkinlərindən 6-sının cəsədi tapıldı – Adlar

“Günəşli” itkinlərindən 6-sının cəsədi tapıldı – Adlar

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.
Bu barədə APA-ya “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.
Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.
Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın