Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Gültəkin Hacıbəyli Milli Şuranın sədri olacaq?

Gültəkin Hacıbəyli Milli Şuranın sədri olacaq?

Sabiq deputat, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin Milli Şuranın sədri olacağı iddia edilir.

Pravda.az-ın xəbər verir ki, G.Hacıbəyli iddialara münasibət bildirib.

“Cəmil Həsənli Milli Şuranın sədri olmağı Tofiq Yaqubluya, Vidadi Mirkamala və mənə dəfələrlə və təkidlə təklif edib. Üçümüz də eyni təkidlə imtina etmişik və Cəmil müəllimin özünün sədr kimi qalmasını istəmişik. Öz adımdan bəyan edirəm ki, sədrlik iddiam yoxdur, böyük məmnuniyyətlə istər Tofiq bəyin, istər Vidadi müəllimin, istərsə də Milli Şuranın Koordinasiya Mərkəzinin istənilən üzvünün namizədliyinə dəstək verməyə hazıram, amma hazırda mən də Cəmil müəllimin Milli Şura üçün ən düzgün seçim olması qənaətindəyəm. Milli Şuradan getməyi ağlımın ucundan belə keçirmirəm. Milli Şurada sədrlik uğrunda savaş varsa, bu sədr olmaq yox, sədr olmamaq uğrunda savaşdır” – o qeyd edib.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …