Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Güləşçi Həsən Əliyev: “İdmanda “risovkalıq” eləmək düz deyil”

Güləşçi Həsən Əliyev: “İdmanda “risovkalıq” eləmək düz deyil”

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionumuz Həsən Əliyev Birinci Avropa Oyunlarının yarımfinalında erməni rəqibi Miqran Arutyunyana uduzması barədə son dəfə danışıb.

Güləşçi Ölkə.az-a açıqlamasında qalib gələ bilməməsinin əsl səbəbinə ilk dəfə aydınlıq gətirib:

“Yunan-Roma güləşində fəndlər 1, 2, 4 və 5 xalla qiymətləndirilir. Təbii ki, 5 xallıq fəndlər nadir hallarda olur. Rəqibdən beş xal fərqiylə geri qaldınsa, bu geriliyi aradan götürmək çətin olur. Mən də hesabda 3:0 irəlidə idim, bu erməni də parter vəziyyətində altımdadır. Düşündüm ki, buna daha bir fənd tətbiq edib, dörd xal qazanım. Hətta fəndi zəif yerinə yetirsəm belə, ən azı iki xal qazanacağam. Belə olan halda ümumi hesab 5:0 mənim xeyrimə olacaqdı. Bir sözlə, məqsədim qələbəmi təmin edib rahat güləşmək idi. Bəziləri elə başa düşür ki, mən özündənrazılıq eləmişəm, guya özümü göstərmişəm. Amma elə bir fikrim olmayıb. Ümumiyyətlə, idmanda “risovkalıq” eləmək düz deyil və bir çox hallarda rəqib bunu bağışlamır. Və məndən narazı qalan azarkeşlərə deyirəm ki, həmin erməni hansı yarışda rəqibim olsa, mütləq böyük hesabla qalib gələcəyəm”.

Qeyd edək ki, Birinci Avropa Oyunlarının bürünc mükafatını qazanan Əliyev yəmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşmışdı. Hesabda 3:0 irəli olan idmançımız yekunda 5:8 uduzmuşdu.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın