Ana səhifə / Siyasət / Göyçayda səhiyyə işçiləri pambıq yığımına cəlb ediliblər – FOTO

Göyçayda səhiyyə işçiləri pambıq yığımına cəlb ediliblər – FOTO

Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu haqda tənqidi fikirlər səsləndirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

“Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də kömək etdik. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığmağa gediblər”, -deyə baş həkimin müavini vurğulayıb.

goycay pambiq hekimler

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın