Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / “Göyçə Zəngəzur Respublikası” yaradanlar istintaqa cəlb olunub

“Göyçə Zəngəzur Respublikası” yaradanlar istintaqa cəlb olunub

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbovun və “respublika”nın yeni prezidenti olduğu bildirilən Tünzalə Çələbiyevanın DTX tərəfindən istintaqa cəlb edildiyi bildirilir. 

Bu barədə avqustun 10-da “Trend” məlumat yayıb. 

Məsələylə əlaqədar DTX-də araşdırma və axtarış tədbirlərinin aparıldığı bildirilir.

2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. 

Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …